“Taliban”dan ABSURD QƏRAR:  Futbolçuların “başı qoparılsın” – FOTObackend

“Taliban”dan ABSURD QƏRAR: Futbolçuların “başı qoparılsın” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda futbolçuların başlarının çıxarılması əmri verilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Əfqanıstanın Daykundi əyalətinin səlahiyyətliləri stolüstü futbolun fiqurlarının başlarının çıxarılmasını tələb edib, əks halda oyunu qadağan edəcəkləri ilə hədələyiblər.

Bu əmrin verilməsinə səbəb Talibanın futbolçuların fiqurlarının İslamda ibadətləri günah sayılan bütlərə bənzədiyinə inanması olub.

“Başlı fiqurlar insan formalarını təsvir etdiyi üçün İslam prinsiplərini pozur. Qadağan olunmuş əməllərdən qaçmaq üçün bu fiqurlardan başların çıxarılmasına çağırırıq”, – Talibanın əyalətdəki yüksək rütbəli nümayəndələrindən biri bildirib.

 

Xuraman Etibarlı

İnterpress.az