“Taliban”ı sosial şəbəkədə təhqir edən gənc CƏRİMƏLƏNDİ – FOTObackend

“Taliban”ı sosial şəbəkədə təhqir edən gənc CƏRİMƏLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Taliban”ı tənqid edənlər cərimələnməyə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada ilk dəfə olaraq “Taliban” hərəkatını tənqid edən vətəndaş cərimə olunub.

Rostov-na-Donu şəhərinin 19 yaşlı sakini Yeqor A. sosial şəbəkələrdə taliblər haqqında xəbərin altına yazdığı tənqidi və təhqiredici şərhə görə məhkəmə tərəfindən 10 min rubl (təxminən 230 manat) məbləğində cərimələnib.

Məhkəmə gənc oğlanın yazdığı ifadələrin Rusiya və Əfqanıstan xalqları arasında nifrət və düşmənçiliyin qızışdırılmasına xidmət etdiyini əsas gətirib.

Xatırladaq ki, ötən ilin yazında Rusiya “Taliban” hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarıb. Daha sonra isə Rusiya dünyada ilk ölkə olaraq “Taliban” hökumətinin legitimliyini rəsmən tanıyıb.

Hüquqşünaslar bu qərarın ölkədə xarici siyasəti və dövlətin yeni beynəlxalq tərəfdaşlarını tənqid edən digər vətəndaşlara qarşı da tətbiq oluna biləcək cərimə praktikasının başlanğıcı ola biləcəyini qeyd edirlər.

Xuraman Etibarlı

İnterpress.az