Tanzaniyada 5 milyondan çox kuela quşu məhsula zərər vurduqları üçün məhv edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“The Tanzania Times” qəzetinin verdiyi məlumata görə, ölkənin Manyara bölgəsində 4 min dekar çəltik sahəsinə basqın edən 5 milyondan çox kuela quşu pilotsuz uçuş aparatları ilə dərmanlanaraq öldürülüb.
Çiləmənin təxminən 4 gün çəkdiyi və quşların hər gün təxminən 50 ton məhsula zərər vurmaq gücündə olduğu bildirilib.
Tez-tez düyü və buğda sahələrinə zərər verən Kuela quşları Tanzaniyanın şimal bölgələrində yaşayır.
Dünyada sürü halında hərəkət edən quşların sayının 1,5 milyarda çatdığı təxmin edilir.