Barselonadakı məşhur “Saqrada Familiya” məbədinin baş qülləsinin tikintisi 143 ildən sonra başa çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İspaniyanın Barselona şəhərinin rəmzi sayılan “Saqrada Familiya” (Müqəddəs Ailə) məbədinin baş qülləsinin inşası 143 ildən sonra nəhayət ki, tamamlanıb.
Hündürlüyü 172,5 metr olan İsa Məsih qülləsi məbədin dahi memarı Antonio Qaudinin vəfatının 100 illiyi münasibətilə rəsmi şəkildə təqdis edilib. Bu qüllə kafedralın ən uca və mərkəzi hissəsinə çevrilib.
Tikintinin başa çatması şərəfinə Barselona səmasında memar Antonio Qaudinin nəhəng təsvirinin əks olunduğu genişmiqyaslı dron şousu təşkil edilib.
Xatırladaq ki, məbədin təməli 1882-ci ildə qoyulub və Qaudinin 1926-cı ildəki ölümündən sonra da tikinti işləri onilliklər boyu davam etdirilib.
Baş qüllənin inşasının başa çatdırılması dünya memarlıq tarixi üçün ən mühüm və tarixi mərhələlərdən biri kimi qiymətləndirilir.

Xuraman Etibarlı
İnterpress.az






