Alimlər tatuaj və qan xərçəngi arasında əlaqəni aşkar ediblər.
İnterpress.az xəbər verir ki, İsveçin Lund Universitetinin alimləri tatuirovka ilə qan xərçəngi – limfoma inkişaf riski arasında mümkün əlaqəni aşkar ediblər. Nəticələr “eClinicalMedicine” jurnalında dərc olunub.
İsveçli həkimlər döymələri olan insanların limfoma riskinin bir dəfə də olsun döymə etdirməyənlərə nisbətən 21% daha yüksək olduğunu söyləyib.
Tatunun ölçüsü qan xərçənginin inkişaf riskinə təsir göstərmir – xərçəngin inkişafına səbəb olan aşağı dərəcəli iltihab, bədəndə istənilən ölçülü döymə nəticəsində yaranır.
Xuraman Etibarlı
İnterpress.az