Tbilisidə evlərin satışı və kirayəsi bahalaşıbbackend

Tbilisidə evlərin satışı və kirayəsi bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə evlərin satışı və kirayəsi bahalaşıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2023-cü ilin avqustunda Tbilisidə 3287 transaksiya əməliyyatı qeydə alınıb ki, bu da 2022-ci ilin avqust göstəricisindən 6% azdır.

“TBS Capital”ın araşdırmasında qeyd olunur ki, daşınmaz əmlakın orta satış qiyməti əvvəlki ayla müqayisədə dəyişməz qalıb və bir kvadratmetrin dəyəri 1161 dollar olub, illik nisbət isə 19% artıb.

İcarəyə gəlincə, araşdırmalara görə, icarə qiyməti 1 kvadratmetr üçün 12,3 dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37% çoxdur.

“TBS Capital”ın məlumatına görə, daşınmaz əmlak bazarının həcmi 252 milyon ABŞ dolları təşkil edib və illik ifadədə 12% artım qeydə alınıb.