“BMT dünyada heç bir müharibənin qarşısını ala bilmir”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bosniya və Herseqovinadakı Saraybosna Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT heç bir humanitar problemi, o cümlədən qlobal aclığı, köç məsələlərini həll edə bilmir: “Çünki mövcud sistem buna imkan vermir. Amma mən inanıram ki, daha ədalətli dünya formalaşacaq”.