“TCG ANADOLU” desant gəmisi İstanbulda ictimai ziyarət üçün açılırbackend

“TCG ANADOLU” desant gəmisi İstanbulda ictimai ziyarət üçün açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə “TCG ANADOLU” desant gəmisi ictimai ziyarət üçün açılır.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli qürurumuz “TCG ANADOLU” Cümhuriyyətimizin 100-cü ildönümü münasibəti ilə bu gündən etibarən İstanbulda ictimaiyyətə açılır. Sarayburnu limanında yerləşən gəmimizə 31 oktyabr – 02 noyabr 2023-cü il tarixləri arasında saat 10.00-18.00 arası ziyarət edilə bilər”, – məlumatda bildirilib.

Qeyd edək ki, “TCG ANADOLU” desant gəmisinin istehsalına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları keçirilib.