TƏCİLİ: AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarıldıbackend

TƏCİLİ: AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

İnterpress.az xəbər verir ki, bunu AMEA-nin vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni Nizamnamənin təsdiq edilməsi üçün Ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans, həmçinin Rəyasət Heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İ. Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.