TƏCİLİ: Semyon Peqov saxlanıldıbackend

TƏCİLİ: Semyon Peqov saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqov (“WarGonzo” layihəsinin müəllifi) Moskva şəhərində saxlanılıb.

Bu barədə “WarGonzo” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, Semyon Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib.

Nəticədə mehmanxana rəhbərliyi ondan polisə şikayət edib. Peqov polis tərəfindən saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.