ABŞ alimləri müəyyən ediblər ki, pişiklər bir-biri ilə əlaqə qurarkən 276 fərqli mimikadan istifadə edir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Alimlər 2021-ci ilin avqustundan 2022-ci ilin iyununa qədər ABŞ-ın Kaliforniya Universitetində 53 “British Shorthair” cinsi yetkin pişiyi araşdırıblar.
Tədqiqatçılar, pişiklər üçün hazırlanmış “Üz Hərəkətini Kodlaşdırma Sistemi”ni istifadə edib, üz əzələlərindəki hərəkətlərin sayı və növlərinə baxaraq, pişiklərin bir-biri ilə qarşılıqlı əlaqəsi zamanı yaranan “üz siqnallarını” araşdırıblar.
Tədqiqatçılar pişiklər arasında 186 qarşılıqlı əlaqəni qeydə alıblar və 413 kişi və 275 dişi pişik tərəfindən istehsal olunan cəmi 688 üz siqnalını kodlayılar.
Bu siqnalları araşdıran tədqiqatçılar pişiklərin bir-biri ilə əlaqə qurarkən 276 fərqli üz ifadəsindən istifadə etdiyini aşkar ediblər.
Tədqiqatçılar qeyd etdikləri hər ifadəyə məna aid edə bilməsələr də, kodlaşdırılmış ifadələrin 45,7 faizinin dostluq, 37 faizinin isə aqressiv olduğunu müəyyən ediblər.
Tədqiqatçılar, qulaqları və bığları irəliyə doğru hərəkət edən, gözləri bağlı olan pişiklərin dost, göz bəbəyi kiçik, qulaqları başlarına əyilmiş pişiklərin isə aqressiv olduğunu bildiriblər.
Nəfəs alma və əsnəmə kimi bioloji proseslərlə əlaqəli əzələ hərəkətlərinin tədqiqata daxil edilmədiyi bildirilib.