Berlində gəzinti zamanı təhlükəli cinayətkar qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Bildirilir ki, 40 yaşlı Kristofer Butşayke martın 10-da səhər saat 10 radələrində nəzarət altında gəzərkən təhlükəsizlikdən qaça bilib.
Səlahiyyətlilər yalnız bu gün ictimaiyyətə xəbərdarlıq edib.
Polisin məlumatına görə, o, ruhi xəstəlikdən əziyyət çəkir və təcili olaraq dərmana ehtiyacı var.
Səlahiyyətlilər onun hansı cinayətləri törətdiyini və nə üçün ixtisaslaşdırılmış müəssisədə olduğunu bildirmir.
Xuraman Etibarlı
İnterpress.az