Braziliyada kişi fişəngin üzərinə basaraq ayaq pəncəsini itirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yerli sakin dostunun yanında özünü göstərmək qərarına gələrək ayağını pirotexnika vasitəsinin üzərinə qoyub. Bu zaman güclü partlayış baş verib və nəticədə həmin şəxsin ətrafı ağır xəsarət alıb.
Hadisə nəticəsində ekstremal həvəskarı olan kişi ayaq pəncəsini itirib.
Xuraman Etibarlı
İnterpress.az






