Telefona başı qarışan kişi relslərin üzərinə yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqda bir kişi qızın göndərdiyi mesaja cavab verərkən tikilməkdə olan relslərin üzərinə yıxılıb.
37 yaşlı kişi müxtəlif bədən xəsarətləri alıb: burun, qol, omba nahiyəsinin sınığı, qapalı kəllə-beyin travması və beyin silkələnməsi. İndi o, xəstəxanadadır.
Kişi qızla yazışmalara başı qarışdığından ətrafda heç nə görmədiyini və necə yıxıldığını hiss etmədiyini söyləyib.
Xuraman Etibarlı
İnterpress.az