Təmir işləri aparan kişi təsadüfən ayran əvəzinə maye mismar İÇDİbackend

Təmir işləri aparan kişi təsadüfən ayran əvəzinə maye mismar İÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kislovodsk sakini təsadüfən ayran əvəzinə maye mismar içərək xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kislovodsk sakini təsadüfən ayran əvəzinə maye mismar içib.

44 yaşlı Sergey bir neçə gün əvvəl şəhər xəstəxanasına gətirilib. Kişi həkimlərə deyib ki, bağçasında təmir işləri aparır və maye mismarları daha böyük konteynerə tökmək qərarına gəlib. Bunun üçün ayran butulkası mükəmməl idi.

Bir müddət sonra Sergey su içmək istəyib Əlinin altında elə həmin “ayran” var idi. Bir neçə qurtum içdikdən sonra kişi böyük səhv etdiyini başa düşüb.

Sonra onun mədəsində kəskin yanma hissi başlayıb. Bundan sonra o, təcili yardım çağırıb və onu xəstəxanaya çatdırıblar.

Orada ona qida borusunun kimyəvi yanığı diaqnozu qoyulub.

Xuraman Etibarlı

İnterpress.az