Tesla ABŞ-da ilk “avtopilot” iddiasını qazandıbackend

Tesla ABŞ-da ilk “avtopilot” iddiasını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla “avtopilot” sürücüyə dəstək sisteminin ölümcül qəzaya səbəb olduğu səbəbilə ona qarşı açılan məhkəməni qazanıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. 2019-cu ildə baş verən qəzadan sonra avtomobildə olan iki sərnişinin Tesla-ya qarşı “avtopilot nasazlıq” ittihamı ilə açılan iddiası yekunlaşıb.

Kaliforniya ştatının Riverside County Ali Məhkəməsində baxılan işdə 12 nəfərlik münsiflər heyəti qəzaya uğrayan avtomobildə heç bir istehsal qüsurunun olmadığının müəyyən edildiyini bildirib.

İddiaçılar nəqliyyat vasitəsinin sahibi Micah Lee-nin öldüyü və ağır yaralandıqları qəzada avtopilot sisteminin Model 3 avtomobilinin qəfildən yoldan çıxaraq ağaca çırpılması və alov almasına səbəb olduğunu iddia edib.

Tesla isə qəzanın “insan səhvi” nəticəsində baş verdiyini iddia edib. Avtomobilin sürücüsü Linin sükan arxasına keçməzdən əvvəl spirtli içki qəbul etdiyini qeyd edən Tesla, məsuliyyəti rədd edərək, qəza zamanı avtopilotun aktiv olub-olmamasının aydın olmadığını bildirib.

ABŞ mediasında bu işin nəticəsi ölkə daxilində bir çox oxşar işlərlə üzləşən və ilk qələbəsini qazanan Tesla üçün “böyük qələbə” kimi qiymətləndirilib.