“TikTok” Azərbaycanda rəsmi ofis aça bilər – Osman Gündüzbackend

“TikTok” Azərbaycanda rəsmi ofis aça bilər – Osman Gündüz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”TikTok”un Azərbaycanda gündəlik auditoriyası 3 milyondur”.

İnterpress.az xəbər verir ki, bu sözləri “TikTok” rəsmilərinin Bakı səfərini şərh edən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz feysbuk deyib.

Onun sözlərinə görə, bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir:

“”TikTok”un rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər. “TikTok” rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər. Hazırda regionda yalnız Rusiya və Kazaxıstanda TikTok-un rəsmi ofisləri fəaliyyət göstərir”.