Tokayev Paşinyana Qazaxıstanın ən yüksək dövlət mükafatı olan “Altın Kıran” ordenini təqdim etdi.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin ən yüksək dövlət təltifi olan “Altın Kıran” ordenini təqdim edib.
Paşinyan mükafatı alarkən bunun onun üçün böyük şərəf olduğunu bildirib və “bu ordenin yalnız ikitərəfli münasibətlərin deyil, bütün regionun inkişafına töhfə verəcəyinə əmin olduğunu” deyib.
Qazaxıstana səfərdə olan Paşinyan Tokayevlə təkbətək və geniş tərkibdə danışıqlar aparıb. Tərəflərin bir sıra sənədləri imzalayıblar.
Xuraman Etibarlı
İnterpress.az






