Qazaxıstan Avrasiyada sabitliyin sütunu olaraq qalır.
İnterpress.az xəbər verir ki, Qazaxıstan prezidenti Tokayev “Əl-Cəzirə”yə eksklüziv müsahibəsində ölkənin Avrasiyada təhlükəsizlik və sabitliyin təminatçısı rolunu vurğulayıb.
İslahatların gedişi və “Yeni Qazaxıstan” layihəsinin inkişafı ilə bağlı sualları cavablandıran Tokayev qeyd edib ki, çətin xarici çağırışlara – pandemiyaya və Ukraynadakı müharibəyə baxmayaraq, ölkə inamla irəliləyir və müsbət nəticələr əldə edir.
Dövlət başçısı Qazaxıstanın xarici siyasətinin balanslı olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, ölkə vektorunu kökündən dəyişmir, əksinə, böyük dövlətlərlə münasibətləri ardıcıl olaraq gücləndirir və nəqliyyat marşrutlarını şaxələndirir.
Orta dəhlizin inkişafına, həmçinin ilk dəfə Astanada elan edilmiş “Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsinə xüsusi diqqət yetirilir.
Xuraman Etibarlı
İnterpress.az