Toyda PARTLAYIŞ: Yeni evlənənlər və qonaqlar XƏSARƏT ALDI – VİDEObackend

Toyda PARTLAYIŞ: Yeni evlənənlər və qonaqlar XƏSARƏT ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada toyda partlayış baş verib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskva vilayətində toyda partlayış baş verib. Pirotexnika nasaz olub, yeni evlənənlər və qonaqlar ağır yanıq alıblar.

Dolqoprudnıda keçirilən toy mərasimində atəşfəşanlıq plana uyğun getməyib. Gözəl atəşfəşanlıq əvəzinə toplaşanların hamısı səmada odlu yaylım atəşinə tutulub.

Demək olar ki, hər kəsdə yanıqlar, cızıqlar, göyərmələr olub, gəlinin saçı, paltarı yanıb.

Yeni evlənənlərin sözlərinə görə, hər şeydə pirotexnika mütəxəssisi günahkardır.

İddia edirlər ki, həmin şəxs bayram günü uzun müddət telefona cavab vermir və təyin olunmuş vaxta 20 dəqiqə qalmış saat yarım gecikəcəyini deyib.

Uşaqlar iddia edirlər ki, o, nəhayət gələndə çox tələsik avadanlıq quraşdırıb.

Pirotexnika mütəxəssisi özü günahını boynuna almır.

Xuraman Etibarlı

İnterpress.az