Tramp göstərdi ki, Kremlə güzəştlər sülhə gətirib çıxarmır – BİLDbackend

Tramp göstərdi ki, Kremlə güzəştlər sülhə gətirib çıxarmır – BİLD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp göstərdi ki, Kremlə güzəştlər sülhə gətirib çıxarmır.

İnterpress.az xəbər verir ki, bu barədə “BİLD” məlumat yayıb. Donald Trampın Ukraynada müharibəni dayandırmaq üçün Vladimir Putinlə danışıqlara başlamaq cəhdi uğursuzluqla nəticələnib.

“Kiyevə hərbi yardımın azaldılması, kiberhücumların dayandırılması və sanksiyaların ləğvi təklifi də daxil olmaqla əhəmiyyətli güzəştlərə baxmayaraq, Kreml 30 günlük atəşkəslə belə razılaşmayıb.

Tramp Putinlə görüşə getdi – məhz “Almaniya üçün Alternativ”, “Solçu” və “Sahra Vaqenknext Alyansı”nın liderlərinin çoxdan təklif etdiyi kimi. Onlar deyirlər ki, Qərb Ukraynanı silahlandırmağı dayandırsa və Kremlə güzəştə getsə, müharibə bitməlidir.

Lakin praktikada nəticə əksinə oldu: Rusiya bombardmanı davam etdirir, Kreml isə hətta hərbi əməliyyatları müvəqqəti dayandırmaqdan belə imtina edir”, – nəşr yazır.

Eyni zamanda, Vladimir Putin böhranın əsl səbəblərini aradan qaldırmaq niyyətində olduğunu bildirərək, məqsədlərini gizlətmir. Bununla o, görünür, müstəqil Ukraynanın mövcudluğunu nəzərdə tutur.

BILD-in köşə yazarı Filip Pyatov öz məqaləsində Kremllə sülh tərəfdarlarını dürüst danışmağa çağırıb:

“Əgər onlar Ukraynanın kapitulyasiyasına razıdırlarsa, bunu açıq etiraf etməli və rus ordusunu məhz harada dayandırmaq istədiklərini izah etməlidirlər: Estoniyada, Polşada və ya artıq Berlində”.

Xuraman Etibarlı

İnterpress.az