Tramp ilk xarici səfəri üçün Səudiyyə Ərəbistanını niyə seçdiyini açıqlayıb.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə “The TIME” jurnalına müsahibəsində bildirib.
“Səbəb odur ki, mən xalqı, vəliəhd şahzadəni və kralı çox sevirəm – hamısını bəyənirəm, amma onlar iqtisadiyyatımıza bir trilyon dollar sərmayə qoymağa razılaşıblar. 1 trilyon dollar.
Sonra Qətərə gedəcəm, sonra BƏƏ-yə, sonra qayıdacağam, sonra başqa bir səfər edəcəyik. Düşünürəm ki, xarici siyasətimiz o vaxtlar çox gözəl idi və indi də inanılmazdır”, – Tramp deyib.
Xuraman Etibarlı
İnterpress.az