Tramp: İranın nüvə obyektlərinə təkrar zərbələr endirməyə hazırıqbackend

Tramp: İranın nüvə obyektlərinə təkrar zərbələr endirməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “lazım gələrsə” İranın nüvə obyektlərinə təkrar zərbələr endirməyə hazır olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində İran xarici işlər nazirinin “Fox News” kanalına müsahibəsini şərh edərkən yazıb.

“İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə obyektləri ilə bağlı: “Zərər çox ciddidir, onlar dağıdılıb”.

“Təbii ki, dediyim kimi var və lazım gələrsə, yenidən edəcəyik!”, – Tramp qeyd edib.

Eyni zamanda Trampın Əraqçıya aid etdiyi sitat dəqiq deyil. Əraqçi müsahibəsində ABŞ-nin zərbələrinin “ciddi və ağır dağıntılara” səbəb olduğunu deyib.

Lakin nazir Trampın iddia etdiyi kimi İranın nüvə proqramının məhv edilməsini təsdiqləməyib.

Xuraman Etibarlı

İnterpress.az