Tramp mitinqlər keçirməyi planlaşdırırbackend

Tramp mitinqlər keçirməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bir neçə ştatda səslərin yenidən sayılması ilə bağlı mübarizəsini davam etdirmək üçün bir neçə mitinq keçirməyi planlaşdırır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya ştatlarında yenidən sayım üçün komandalarının yaradıldığını elan etməyə hazırdır.

Qeyd olunub ki, mitinqlərdə Tramp səs verdiyi iddia edilən, amma səsvermə vaxtı artıq dünyasını dəyişmiş seçicilər ilə bağlı sübutlar təqdim etməyi planlaşdırır.

 

İnterpress.az