Tramp Qrenlandiyanın hərbi yolla ilhaqının əleyhinə deyil.
İnterpress.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşr yazır ki, Trampın ABŞ ərazisinin genişləndirilməsi ilə bağlı niyyətləri ciddidir.
O, Qrenlandiyanı hərbi yolla ilhaq etmək variantını istisna etmir.
Qəzetin yazdığına görə, Tramp Danimarkanı Qrenlandiyanı ABŞ-yə satmağa razı olmasa, tariflərlə hədələyib.
Danimarka, öz növbəsində, adada daha çox Amerika əsgərinin yerləşdirilməsinə icazə verməyi və Amerika firmalarına gəlirli mədən müqavilələri verməyi təklif edib.
“Tramp administrasiyasının rəsmiləri ideyalara açıq olduqlarını bildiriblər. Lakin prezidentin Qrenlandiya ilə bağlı ciddi olduğunu və onu əldə etmək üçün hərbi variantları istisna etməkdən imtina etdiyini qeyd ediblər”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az