Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Floridadakı malikanəsində mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz İsraildə və Yaxın Şərqdə girovların qaytarılmasında çox fəalıq. Bunun üzərində çox çalışırıq. Biz də Ukraynada müharibəni dayandırmağa çalışırıq. Müəyyən irəliləyiş əldə edirik”, – Tramp qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az