Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaqbackend

Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərcləri”ni təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq.

Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi. Bununla belə, tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.

Bir məmur portala deyib ki, xarici yardımın maliyyələşdirilməsinin bir hissəsi “diqqətlə yoxlanılmayıb, yaxşı düşünməyiblər”. “Əslində, nəinki onlar (Bayden administrasiyası tərəfindən ayrılan vəsaitlər – red.) fövqəladə hallar kimi təsnif edilə bilməz, həm də yəqin ki, ayrıla biləcək ən aşağı prioritet xərc növlərindən biridir”, – o qeyd edib.

“Semafor” xəbər verib ki, 2023-cü il qanunu ilə təmin edilən təcili maliyyələşdirmənin təxminən 9,4 milyard dolları toxunulmaz qalacaq.