“Trampa açılan atəş onun qalib gəlməsi üçün yox, seçkidən çəkilməsi üçün atılıb” – POLİTOLOQbackend

“Trampa açılan atəş onun qalib gəlməsi üçün yox, seçkidən çəkilməsi üçün atılıb” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən, yəni 14 iyulda ABŞ prezidentliyinə namizəd Donald Trampı Pensilvaniyada təşviqat kampaniyası zamanı öldürməyə cəhd ediblər.

Atəş nəticəsində Trampın mitinqinə gələnlərdən iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Trampın özü isə qulağından yüngül yara alıb. Hücumu həyata keçirən şəxs öldürülüb. 

Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimisi bunun düşünülmüş ssenari olduğunu vurğulayır, kimisi Baydenin zəifləmiş reytinqini da aşağı salmaq planından danışır və s. fikirlər yayılır.

Mövzu ilə bağlı interpress.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov maraqlı məqamlara toxunub.

O bildirib ki, Trampa açılan atəş onun qalib gəlməsi üçün deyil, məhz seçkidən çəkilməsi üçün atılıb.

“ABŞ-nin Pensilvaniya ştatında baş verən bu hadisənin prezident seçkisi ilə bağlı olması hamı tərəfindən təsdiq olunur. Sorğuda iştirak edən bütün mütəxəssislər bu barədə heç olmayan qədər yekdildirlər. Fikirlər kimin tərəfindən və ya kimin seçkidə qalib gəlməsi ilə bağlı törədilməsidir. Burada bir-birini təkzib edən mülahizələrlə rastlaşırıq.

Son iddia isə Trampa sui-qəsdin məhz onun özü tərəfindən təşkil olunması iddiasıdır. Çünki ona atəş prezident yürüşündə qalib gəlməsini təmin edə bilərdi. Amma prezident seçkisində qalib gəlmək üçün bu qədər böyük riskə getmək olardımı? Axı güllə onun gicgahının bir neçə santimetrlik məsafəsindən keçib.

Təbii ki, Amerikada belə hadisələr tez-tez olmasa da, zaman-zaman baş verir və onların üstü uzun müddət keçəndən sonra belə açılmlır. Düşünürəm ki, Trampa qarşı olan bu sui-qəsdin səbəbi və motivi də heç vaxt açılmayacaq.

Amma hesab edirəm ki, Trampa açılan atəş onun qalib gəlməsi üçün deyil, məhz seçkidən çəkilməsi üçün atılıb. Çünki bildiyimiz kimi onun seçkidə iştirak etməsnin qarşısını almaq üçün bütün vasitələr işə salınmışdı.

Hətta az qalırdı onu həbsxanaya atsınlar ki, seçkidən çəkilsin. Amma ona qarşı edilən bu təzyiqlərin heç bir təsiri olmadı”, – siyasi şərhçi bildirib.

O əlavə edib ki, bu hücum həm də Trampa xəbərdarlıq məqsədilə ilə edilə bilər.

“Son sui-qəsd də prezidentliyə namizədə xəbərdarlıq vəzifəsini yerinə yetirdi. Yəni onu öldürmək və beləliklə seçki kampaniyasını pozmaq heç kimin məqsədi deyildi. Sadəcə Trampı qorxutmaq və seçkidən çəkilməsinə nail olmaq lazım idi. Amma bu xəbərdrlıq işləyəcəkmi? İşləməsə, yeni sui-qəsdlərə hazır olmalıyıq. Bu dəfə güllə qulağın daha yaxında yerləşən üzvlərini sıradan çıxaracaq”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az