Texaslı konqresmen Trampa qarşı impiçment qətnaməsini təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Texaslı konqresmen Konqresin icazəsi olmadan ABŞ-nin İrana zərbələri ilə əlaqədar Trampa qarşı impiçment qətnaməsini təqdim edib.
“Prezident Trampın Konqresin icazəsi və ya xəbərdarlığı olmadan birtərəfli, əsassız güc tətbiq etməsi, Birləşmiş Ştatlara qarşı heç bir təhlükə olmadığı halda səlahiyyətdən sui-istifadədir və bu, Amerika demokratiyasının avtoritarizmə çevrilməsini daha da gücləndirir”, – deputat El Qrin tərəfindən təqdim edilən qətnamədə deyilir.
Qrin Konqresə “müharibə elan etmək” üçün müstəsna səlahiyyət verən ABŞ Konstitusiyasının 1-ci maddəsinə istinad edib.
Qrin Trampın tanınmış rəqibidir. Hətta Trampın ABŞ Konqresindəki son çıxışı zamanı onu zaldan çıxarıblar.
Xuraman Etibarlı
İnterpress.az