Trampın oğlu Kaliforniya meşə yanğınlarında Ukraynanı, Tramp isə Baydeni günahlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Los-Anceles yanğınları, dollar ifadəsində, millətimizin tarixində ən pis hadisə ola bilər. Qoy bu, Bayden/Newsom cütlüyünün (Kaliforniya qubernatoru – red.) açıq-aşkar səriştəsizliyinin və yanlış idarəçiliyinin simvolu kimi xidmət etsin”, – Tramp özünün Truth Social sosial şəbəkəsində.yazıb.
Oğlu eyni zamanda bildirib ki, yanğınlara səbəb yanğınsöndürmə texnikasının Ukraynaya ötürülməsi olub və onların söndürülməsində çətinliklər yaranıb.
Bir çox istifadəçi bunu absurd hesab edib və həmişəki kimi, İlon Maskdan soruşmağı unudublar, ona görə də o, özü gəlib, Trampın oğlunun yazısını özünə göndərib.
Kiçik Tramp dəfələrlə Ukrayna ilə bağlı memlar və bəyanatlar dərc edib, ona görə də bu cür ittihamlar onun üçün yeni bir şey deyil.
Xuraman Etibarlı
İnterpress.az