“Tur de Frans”da qadın velosipedçilər büstqalterlərə görə YOXLANILIRbackend

“Tur de Frans”da qadın velosipedçilər büstqalterlərə görə YOXLANILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tur de Frans”da qadın idmançılar büstqalterlərlə aerodinamik fırıldaq etdikləri üçün yoxlanılırlar.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qadınlar arasında keçirilən məşhur “Tur de Frans” (Tour de France) veloyürüşündə idmançıların olduqca maraqlı qayda pozuntusunun üstü açılıb.

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) veloyürüşçü qadınların geyimlərində xüsusi “aerodinamik döş yastıqları”nın olub-olmamasını yoxlamağa başlayıb.

Məlumata görə, komissarlar xüsusi olaraq idmançıların büstqalterlərinə diqqət yetirirlər. Çünki daxilində yumşaq dolğu (yastıq) olan alt paltarları qadınların bədəninin ön hissəsinin sahəsini süni şəkildə artıraraq yarış zamanı qarşıdan əsən küləyə qarşı əlavə aerodinamik üstünlük və sürət effekti yaradır.

Yoxlamalar avqustun 4-də Jevre-Şamberten ilə Dijon arasındakı məsafədə fərdi startdan əvvəl başlayıb.

Bütün qadın idmançılar startdan on dəqiqə əvvəl xüsusi ayrılmış çadıra gəlməli olublar. Burada komissarlar onların geyim və idman avadanlıqlarını ciddi şəkildə təftiş ediblər.

Xuraman Etibarlı

İnterpress.аz