Avstraliyada bir turist iki saat uçurumda asılı qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Avstraliya mediası məlumat yayıb.
Məlumata görə, o, iki saata yaxın qayada asılıb və təsadüfi yoldan keçən bir nəfər köməyə çağırıb.
“50 yaşlı turist təhlükəsizlik avadanlığı olmadan Birva dağının sıldırım yamacına çıxıb, lakin xilasedicilərin köməyi olmadan enə bilməyib.
O, iki saata yaxın qayada asılıb, kömək gözləyib”, – məlumatda deyilir.
Xilasedicilər turisti xilas ediblər.
Xuraman Etibarlı
İnterpress.az