Türkiyə məktəb proqramında “Orta Asiya” terminini “Türküstan” olaraq dəyişdirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.
Türkiyənin Milli Təhsil Nazirliyi məktəb dərsliklərində “Mərkəzi Asiya” anlayışını rəsmi şəkildə “Türküstan” termini ilə əvəzləyib.
Nazir Yusuf Tekin bildirib ki, məqsəd türk dünyasının birliyini gücləndirmək və uzun illərdir “qəsdən yaradılan bölücü anlayışları” aradan qaldırmaqdır.
Nazirin sözlərinə görə, dərsliklərdə “imperiya dövrlərindən qalan və siyasi məzmun daşıyan coğrafi terminlər” yenilənir.
O vurğulayıb ki, bu dəyişiklik uşaqların və gənclərin dünyagörüşünü formalaşdıran tədris proqramının ideoloji xəritəsini yenidən qurmaq məqsədi daşıyır.
Ekspertlərin fikrincə, bu addım türk dünyasının inteqrasiyasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir.
Bu strategiyaya ortaq tarix və ədəbiyyat proqramları, vahid coğrafiya xəritələri və ümumi əlifbanın tətbiqi də daxildir.
Xatırladaq ki, oktyabrda keçirilən Türk Dövlətləri Təşkilatının sammitində 34 hərfdən ibarət Ortak Türk Əlifbası təqdim olunmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






