Türkiyə DİN: “Son 4 ayda 309 terrorçu zərərsizləşdirilib”backend

Türkiyə DİN: “Son 4 ayda 309 terrorçu zərərsizləşdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 4 ayda həyata keçirilən əməliyyatlarda 309 terrorçu zərərsizləşdirilib”.

İnterpress.az verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, zərərsizləşdirilən terrorçulardan 38-i ölüb, 4-ü yaralanıb, 208 nəfər saxlanılıb, 59-u isə təslim olub. Həmçinin, əməliyyatlar zamanı 2-si qırmızı, 6-sı narıncı, 17-si boz kateqoriyada olan terrorçuların “rəhbər” şəxslərindən 25-i saxlanılıb.