Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz Prezident Rəcəb Tayyib Ərdoğana qarşı İsveçdə törədilən təxribatları kəskin şəkildə pisləyib.
“İnterpress.az” xəbər verir ki, bu barədə C.Yılmaz “X”də yazıb.
“Stokholmdakı səfirliyimizin yanında cənab prezidentimizi hədəf alan çirkin təxribatları ən kəskin şəkildə qınayır və lənətləyirəm. Dayanmaq bilməyən bu hücumların və təxribatların arxasındakı hədəfin ölkəmizə, millətimizə və bütün İslam aləminə qarşı olduğu aşkardır. Bu hücumlara demokratiya adı altında haqq qazandırılmamalıdır”, – o bildirib.
C.Yılmaz, həmçinin İsveç hökumətinə çağırış edib: “İsveçin belə təxribatlara yol verməməsini gözləyirik. Hökuməti cinayətkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.
Ərdoğanın köməkçisi onu da qeyd edib ki, Ankara belə təxibatlara qarşı mübarizəni davam etdirəcək.
Qeyd edək ki, dünən İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin yaxınlığında R.T.Ərdoğanın maketi yandırılıb.