Türkiyə növbəti antiterror əməliyyatına başladıbackend

Türkiyə növbəti antiterror əməliyyatına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Türkiyədə separatçı terror təşkilatı PKK-nı ölkənin gündəmindən çıxarmaq və bölgədə olduğu düşünülən terrorçuları təsirsiz hala gətirmək üçün başladılan “Eren” əməliyyatları davam edir.

“Haber Global” məlumat verir ki, ölkənin Daxili İşlər Nazirliyi Hatay, Osmaniye və Qaziantep çöllərində “Eren-8 Amanoslar” əməliyyatının başladıldığını açıqlayıb.

Əməliyyat Adana Jandarma Bölgə Komandanlığının rəhbərliyi altında həyata keçirilir.

“Eren-8 Amanoslar”da 1 670 personal və 96 əməliyyat qrupu iştirak edir.

İnterpress.az