Türkiyə parlamentinin sabiq spikeri koronavirusa yoluxubbackend

Türkiyə parlamentinin sabiq spikeri koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamentinin sabiq spikeri və keçmiş baş nazir müavini Bülənt Arınç koronavirusa yoluxub.

İnterpress.az -ın məlumatına görə, bu barədə siyasətçi öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, xəstəxanada verdiyi koronavirus testi müsbət nəticələnib. Bundan başqa, B.Arınçın həyat yoldaşında da virus aşkar edilib.

Onların müalicəsinin evdə, həkim nəzarətində davam edəcəyi bildirilib.

İnterpress.az