Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edibbackend

Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

“İnterpress.az” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Səfir mərhumun atasına, qardaşlarına, yaxınlarına və silah yoldaşlarına başsağlığı verdiyini bildirib.

“Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yaşasın Türkiyə – Azərbaycan qardaşlığı”, – deyə diplomat qeyd edib.