Türkiyə və İndoneziya qırıcı təyyarələrin tədarükü ilə bağlı müqavilə imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə və İndoneziya qırıcı təyyarələrin tədarükü üçün böyük müqavilə imzalayıb.
48 ədəd beşinci nəsil KAAN döyüş təyyarəsi 10 il ərzində İndoneziyaya çatdırılacaq.
Döyüş təyyarələri Türkiyə istehsalı olan mühərriklərlə təchiz ediləcək.
Xuraman Etibarlı
İnterpress.az