Türkiyə və İsveç liderləri arasında telefon danışığı olubbackend

Türkiyə və İsveç liderləri arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

İnterpress.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının əlaqələr şöbəsi yayıb.

Bildirilib ki, telefon danışığında ikitərəfli əlaqələr və İsveçin NATO-ya üzvülüklə bağlı müraciəti müzakirə olunub.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiklərini bildirərək, alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğunu vurğulayıb. O, Türkiyənin uzun müddətdir İsveçin PKK/YPG-PYD-nin nəzarəti altında olan şəxslərlə təmaslarından narahat olduğunu qeyd edərək, FETÖ terror təşkilatının İsveçdə fəaliyyətini davam edirdiyini bildirib.

Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının vacibliyini  vurğulayıb. O, terrorçu PKK/PYD-YPG qruplaşmasının İŞİD-ə qarşı mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, İsveçdən PKK-nın Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

Məlumata əsasən, R.T. Ərdoğan Suriyadan Türkiyəyə yönələn terror təhlükəsi səbəbilə həyata keçirməyə məcbur olduqları “Barış Pınarı” əməliyyatından sonra İsveç müdafiə sənayesinin ölkəsinə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırmasının vacibliyini bildirib.