Türkiyədə məhsulun 80%-ə qədəri şaxta nəticəsində məhv olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Aprelin anomal -15°C şaxtaları son 30 ilin ən güclü şaxtası olub və Türkiyənin kənd təsərrüfatına ciddi ziyan vurub.
“Anadolu”nun məlumatına görə, 81 əyalətdən 36-da üzümün 80%-ə qədəri, ərik, alma və gilasın isə 50%-ə qədəri tələf olub.
Məhsulu bərpa etmək mümkün deyil; yüzlərlə fermer müflis olmaq ərəfəsindədir.
Ölkədə meyvə-tərəvəzdə qıtlıq və qiymət artımı gözlənilir. Bunun xarici bazarlara, o cümlədən Türkiyə məhsullarının müntəzəm tədarük edildiyi Rusiya və Belarusa da təsir edə bilər.
Xuraman Etibarlı
İnterpress.az