Türkiyədə qaçaqmaqçılıq yolu ilə əldə edilmiş 5 ton spirt aşkarlanıbbackend

Türkiyədə qaçaqmaqçılıq yolu ilə əldə edilmiş 5 ton spirt aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qaçaqmaqçılıq yolu ilə əldə edilmiş 5 ton spirt aşkarlanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Çankaya və Çubuk rayonlarında iki ayrı anbarda keçirilən əməliyyatda qaçaqmalçılıq yolu ilə 5,7 ton etil spirti ələ keçirilib, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları Çankaya və Çubuk rayonlarında iki ayrı anbarda əməliyyat keçirib.

Ünvanlarda aparılan axtarışlar zamanı 5,7 ton qeyri-qanuni etil spirti, 2 ədəd İBC çəni, 1 ədəd spirt qaynayan qazan götürülüb.

Hadisə ilə əlaqədar saxlanılan 4 şübhəlinin polis bölməsində istintaqının davam etdiyi öyrənilib.