Türkiyədə qanunsuz yollarla pasport əldə edən 6 mindən çox şəxs vətəndaşlıqdan məhrum olunub.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyədə qanunsuz yollarla Türkiyə Cümhuriyyəti vətəndaşlığı alan 6134 nəfər rəsmi olaraq vətəndaşlıq statusundan məhrum edilib.
Bu barədə qərar müvafiq dövlət orqanları tərəfindən aparılan genişmiqyaslı yoxlamalardan sonra qəbul olunub.
Məlumata görə, aparılan daxili araşdırmalar zamanı həmin şəxslərin vətəndaşlıq sənədlərində ciddi saxtakarlıqlara, qanunsuz prosedurlara və kobud qayda pozuntularına yol verildiyi aşkarlanıb.
Nəticədə onlara əvvəllər verilmiş vətəndaşlıq qərarları rəsmən ləğv edilib.
Türkiyə Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya və qanunsuz vətəndaşlıq verilməsi hallarına qarşı aparılan mübarizə tədbirlərinin qətiyyətlə davam etdiriləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.аz






