İstanbulun Böyükçeşməcə rayonunda baş verən silahlı insident nəticəsində bir polis həlak olub.
İnterpress.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki nəfərin havaya atəş açması məlumatı üzərinə polislər hərəkətə keçib.
Nəticədə hadisə yerinə cəlb olunan və mənzildə əməliyyat-axtarış tədbirləri aparmaq istəyən polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib. Onlardan biri polislərə atəş açıb. Hadisə zamanı bir polis həlak olub.
Faktla bağlı araşdırma aparılır.