Türkiyədə təlim uçuşu üçün havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Bursanın Yenişehir rayonundan təlim uçuşu üçün havaya qalxan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Hadisə Biləcikdə baş verib və təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib.
Təyyarənin eniş zamanı çevrilməsi nəticəsində pilot xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az