Türkiyəli nazir: “Sahibkarlarımızın ikitərəfli əməkdaşlığını dəstəkləyəcəyik”backend

Türkiyəli nazir: “Sahibkarlarımızın ikitərəfli əməkdaşlığını dəstəkləyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan sonra da Türkiyə həm Azərbaycan, həm də digər türkdilli ölkələrlə əlaqələrini inkişaf etdirəcək, sahibkarlar arasında ikitərəfli əməkdaşlığı dəstəkləyəcək.

İnterpress.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib.

“Dünyada bənzəri olmayan Türkiyə-Azərbaycan əlaqələrinin daha da gücləndirilməsi vacibdir. Türkiyə və Azərbaycanın iş adamlarının reallaşdıracaqları investisiya qoyuluşlarının iki ölkə arasındakı əlaqələri bugünkündən daha yüksək səviyyələrə qaldıracağına inanırıq”, – deyə o qeyd edib.