Türkiyənin Adana vilayətində Əl-Qaidə üzvü SAXLANILDIbackend

Türkiyənin Adana vilayətində Əl-Qaidə üzvü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadakı türk bazalarına hücumda iştirak edən Əl-Qaidə üzvünün şəriki Türkiyədə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, Türkiyənin cənubunda yerləşən Adana vilayətində Əl-Qaidə üzvü saxlanılıb.

Onun kimliyi oktyabrın 15-də Afrikada Türkiyə kəşfiyyatı MİT tərəfindən həbs edilən təşkilatın digər üzvü Əhməd Baykarın ifadəsindən sonra müəyyən edilib.

Saxlanılan şəxs Suriyada sonuncu ilə birlikdə terror aktlarında iştirak etdiyini etiraf edib.

Saxlanılan şəxsin yaşadığı mənzilə baxış zamanı əlavə araşdırma üçün rəqəmsal materiallar götürülüb.

Xuraman Etibarlı

İnterpress.az