Rusiyada 3 metrlik ilan sahibini az qala boğacaqdı.
İnterprtess.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Novorossiyskdə 3 metrlik boa ilanı sahibini az qala boğub.
Hadisə mayın 28-də şəhərdəki mənzillərin birində baş verib. Çaxnaşma içində olan qadın xilasediciləri çağırıb və bildirib ki, sevimli boa konstriktoru gözlənilmədən onun əlini dişləyib, sonra isə ona sarılaraq çölə çıxmağa imkan verməyib.
Hadisə yerinə gələn xilasedicilər qadını ilanın əlindən çıxara bilib. Onun üçün təcili yardım çağırdılar və boa konstriktoru yerinə qaytarılıb.
Xilasetmə xidmətinin rəhbəri Aleksey Oderovun sözlərinə görə, belə bir hadisə ilk dəfə baş verib, amma hər şey yaxşı qurtarıb.
Xuraman Etibarlı
İnterprtess.az