Krasnoyarskda 3 övladını qətlə yetirən qadın saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsindən məlumat verilib.
Bildirilir ki, Krasnoyarskın Kansk şəhərində bıçaq xəsarətləri ilə ölü tapılan 3 uşağı anasının qətlə yetirdiyi məlum olub.
Söhbət 4 yaşlı qız və iki oğlandan gedir – biri 7 aylıq, digəri 8 yaşında idi.
Uşaqların meyiti fərdi evdə tapılıb. 29 yaşlı anaya qarşı xüsusi amansızlıqla törədilmiş qətl işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az