Üç partlamamış bomba 20 min insanın təxliyəsinə SƏBƏB OLDUbackend

Üç partlamamış bomba 20 min insanın təxliyəsinə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bomba səbəbilə 20 min insan təxliyə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, Köln İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bombanın tapılmasından sonra 20 min insanı təxliyə edib.

Bunlar 20 tonluq iki Amerika bombası və hər birində zərbə qoruyucuları olan bir 10 tonluq Amerika bombasıdır.

Hakimiyyət evakuasiyanı 1945-ci ildən bəri ən böyük evakuasiya adlandırıb.

O, iyunun 4-də səhər saat 8-də başlayacaq və 1 km radiusda olan zona evakuasiya edilərək təcrid olunacaq.

Xuraman Etibarlı

İnterpress.az